"Pence Kılıç" əməliyyatı başlayandan 184 terrorçu zərərsizləşdirilib - Hulusi Akar
Türkiyə ordusu Suriya və İraqda "Pençe Kılıç" yeni hava əməliyyatı başladığı gündən 184 terrorçunu zərərsizləşdirib. Türkiyə müdafiə naziri Hulusi Akar qeyd edib ki, bu rəqəmlərin daha da artacağını gözləyirik. "Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək", - deyə Türkiyəli nazir sözlərinə əlavə edib.