Peleden Mbappeyə təbrik, rekordunu təzələdiyi üçün
"Mənim növbəti rekordumu qırdığı üçün sevinirəm". Bu sözləri Braziliya millisinin əfsanəvi futbolçusu Pele sosial şəbəkə hesabında Fransa yığmasının hücumçusu Kilian Mbappeyə ünvanlayıb. Üçqat dünya çempionu xəstəxanaya yerləşdirildikdən sonra ona dəstək olduğu üçün fransalı oyunçuya təşəkkür də edib. Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura Qətərdə keçirilən mundialda sahib çıxıb. Daha əvvəl rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi.