Peşə təhsilinə qəbulun son mərhələsi başlayıb
2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan plan yerlərinə qəbulun üçüncü və sonuncu mərhələsinə start verilib. Bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya müraciət etməyən şəxslər iştirak edə bilərlər. Daha əvvəl peşə təhsil müəssisəsinə qəbul olub sənədlərini təsdiqləyənlər ixtisas dəyişikliyi üçün müraciət edə bilməzlər. Sənəd qəbulu 14 sentyabr saat 12:00-dək elektron qaydada aparılacaq.
11 sentyabr 2026

