Peşə məktəblərinə qrant ayrılacaq
2020-08-19 10:03
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb. Fond peşə təhsili sahəsində gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək. Strukturun vəzifələri sırasına peşə təhsili müəssisələrinə qrant verilməsi məqsədilə onlar arasında müsabiqələr təşkil etmək də daxildir.
Vüsalə Camal