Paytaxtda restoran yanıb
Bakıda restoranda yanğın olub. Əraziyə 5 yanğın avtomobili cəlb olunub. Yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb. Yanğının səbəbi araşdırılır.
Fərid Mehdiyev