Paytaxtda partlayış olub, yaralı var
FHN Bakının Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada baş verən partlayış ilə bağlı məlumat yayıb. Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub.
Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, - deyə məlumatda qeyd olunub.
Vüsalə Cənnətova