Paytaxtda narkotik şəbəkəsinin üzvləri saxlanılıb
Bakının Sabunçu rayonunda paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktlarla bağlı hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
10 iyun 2026

