Paytaxtda işçilərin əmək hüquqlarını pozan şirkət cərimələnib
Bakının Qaradağ rayonunda işçilərin əmək hüquqlarını pozan şirkət cərimələnib. Şirkətin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əməkhaqqının ödənilməməsi müəyyən edilib. Hüquqi şəxs 20 min manat məbləğində cərimə edilib.
Vüsalə Cənnətova