Paytaxtda iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakının Nəsimi rayonunda Mirmahmud Kazımov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində yol qəzası baş verib. “Azsamand”-ın sürücüsü Emin Şərəfov Cavadxan küçəsində hərəkətdə olan “Kia”-nın qarşısına çıxıb. Bu zaman “Kia” küçələrin kəsişməsinə daxil olan avtomobilə çırpılıb. Ağır bədən xəsarətləri alan “Azsamand”-ın iki sərnişini xəstəxanaya yerləşdirilib. Bakının Xətai rayonunda isə 1978-ci il təvəllüdlü Eyyubov İlqar Məhərrəm oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.