Paytaxtda evdən məişət əşyaları oğurlanıb
Avqustun 25-də Sabunçu rayonu ərazisindəki evlərin birindən ümumilikdə 1650 manat dəyərində məişət əşyaları oğurlanıb. Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar. Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.
Azad Mustafayev