Paytaxtda beynəlxalq mətbuat mərkəzində tədbir keçirilib

2019-07-11 15:44

Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunanlara mükafatları təqdim edilib. Paytaxtda beynəlxalq mətbuat mərkəzində keçirilən tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mükafata layiq görülənlər arasında Kəpəz TV-nin əməkdaşı Ayaz Hüseynov da var. AXC ilə bağlı bir çox ekran əsərlərinin, o cümlədən "Ömrə müqabil müstəqillik" filminin ssenari müəllifi olan Ayaz Hüseynova medalı KİVDF-nın sədri Vüqar Səfərli təqdim edib.

Fərid Mehdiyev