Paytaxtda aerobika gimnastikası üzrə dünya çempionatı başlayır
2021-05-27 12:00
Bu gün Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı start götürəcək. Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi yarışda 22 ölkədən 171 idmançı qüvvəsini sınayacaq. 3 gün davam edəcək mundialda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar.
Vüsalə Camal