Paytaxtda 31 yaşlı şəxs mübahisə zamanı qətlə yetrildi
Paytaxtın Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Rasim Əhmədov öldürülüb. Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sabunçu rayon prokurorluğundan bildirlib ki, Vüqar Əliyev şübhəli şəxs qismində tutulub.
Zülfiyyə Telmanqızı