Paytaxtda 30 narkotacir tutulub
2021-04-27 18:05
Bakının Yasamal rayonunda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb. Şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 29 kiloqram 900 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Nərgiz camal