Paytaxtda 2 piyada vurulub, biri dünyasını dəyişib
Bakıda avtomobil piyadaları vurub. Hadisə Qala-Pirallahı yolunda qeydə alınıb. Elçin Səmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Rəqsanə Əhmədova və Tərgül Zamanovanı vurub. Piyadaların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Tərgül Zamanova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Fərid Mehdiyev