Paytaxt sakinlərinin avtomobilini oğurlayanlar saxlanılıblar
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakininə məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. Digər əməliyyatla başqa bir paytaxt sakininə məxsus “KİA” markalı avtomobili oğurlayan Bakı sakini tutulub. Hər iki fakt araşdırılır.