Paytaxtın Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlanıb
2021-12-10 18:05
Ağcabədi sakini Samir Əliyev qohumları - Cabir Qənbərov və Rüstəm Əliyev ilə birlikdə noyabrda dəmir yolu xəttinin Yevlax ərazisindən keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıblar və onları Bakıda satıblar. Samir və Cabir digər qohumları Salman Süleymanovla dəmir yolu xəttinin Daşkəsəndən keçən hissəsində də eyni əməli törədiblər. Hüquq mühafizə orqanı əməkdaşları şəxsləri saxlayıblar. Paytaxtın Xəzər rayonunda isə 10 avtomobilin akkumlyatorunu oğurlayan Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıb.
Fərid Mehdiyev