Paytaxtın Boks İdman Mərkəzində 11-ci Beynəlxalq “Baku Open” karate turniri keçiriləcək
2020-01-23 12:06
5-8 mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci Beynəlxalq “Baku Open” karate turniri keçiriləcək. Mübarizələrdə 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər döyüşəcək. Fərdi və komanda yarışlarında 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.
Ruhəngiz Hacızadə