Payız tətili olmayacaq, dərslər davam edəcək
2020-11-12 14:01
16-20 noyabr tarixlərində payız tətili olmayacaq, distant dərslər davam edəcək. Təhsil Nazirliyindən o da bildirilib ki, 16 noyabr saat 11-dən etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
Vüsalə Camal