Payız-qış mövsümündə Gəncədə elektrik enerjisinin verilməsində ciddi problemlər olmayacaq

“Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi əmin edir ki, qarşıdakı aylarda qurum əhalini fasiləsiz və dayanıqlı enerji ilə tam təmin edəcək.

“Azərişıq” Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən 101 ədəd transformator məntəqəsində cari təmir işləri aparıb. Gəncənin bir neçə qəsəbəsinin və yaşayış massivinin enerji təminatını yaxşılaşdırmaq üçün 12 ədəd yeni transformator quraşdırılıb. Şəhərin görünüşünə xələl gətirən, eləcə də təhlükə doğuran müxtəlif təyinatlı 21 kilometrə yaxın hava xətləri yerin altına salınıb. İdarə tərəfindən bu il ərzində istismar müddətini başa vuran 3.7 kilometr sip kabellər yenisi ilə əvəz edilib.

Elmar Seyidov –“Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis əvəzi: "Bügun yarımstansiyalarda cari təmir işləri aparılıb. 70 ədəd 0.4 kilovatlıq ayrıcılar yenisi ilə əvəz edilib. 48 ədəd qəzalı vəziyyətdə olan köhnə dayaqların yerinə yeni metal boru dayaqlarla quraşdırılıb. Yeni xətlərin çəkilməsi elektrik enerji istifadəçilərinin payız-qış mövsümündə təmin olunmasını nəzərdə tutur".

Gəncədə istehlakçıların elektrik enerjisindən isrifadəsini və ödənişini asanlaşdırmaq üçün 74 min abonentin mənzilinə smart kart tipli sayğacların quraşdırılması da təmin olunub. Bu ilin 9 ayı ərzində isə idarə tərəfindən 680 abonent yeni sayğacla təmin olunub.

Xaliq Qurbanlı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq