Pasxa bayramı münasibətilə Xudavəng məbədində dini ayin icra olunub
2021-05-04 16:09
Bu gün Pasxa bayramı münasibətilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub. Alban-Udi xristian dini icmasının üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edərək şamlar yandırıblar. Növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi planlaşdırılır.
Nərgiz camal