Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Açılış mərasimi axşam saat 10-nun yarısı başlayacaq. Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar. Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Fərid Mehdiyev