Paris klubunun rəsmi saytı bəyanat yayıb

2019-07-09 12:00

Fransanın Pari Sen Jermen klubunun ulduz futbolçusu Neymar istirahətdən komandanın düşərgəsinə qayıtmayıb. Bu barədə Paris klubunun rəsmi saytı bəyanat yayıb. Bildirilib ki, braziliyalı hücumçu PSJ-nin yeni mövsüm öncəsi ilk məşqində iştirak etməli olsa da, o, klubdan icazə almadan vaxtında düşərgəyə dönməyib. Fransa klubu 7 yaşlı oyunçunun etdiyi hərəkət səbəbindən lazımi tədbirləri görüləcəyini açıqlayıb. Qeyd edək ki, Neymarın "Barselona"ya keçəcəyi iddia olunur.

Vüsalə Camal