Paraüzgüçümüz “Paris-2024”də finala vəsiqə əldə edib
Paris Yay Paralimpiya Oyunlarında çıxış edən paracüdoçumuz İlham Zəkiyev 1/4 finalda məğlub olub. Paracüdoçumuz Dürsədəf Kərimova və Xatirə İsmiyeva da eyni mərhələdə uduzub. Hər üç idmançı təsəlliverici görüşə qatılacaq. Paraüzgüçüsü Raman Saley isə Paris-2024-də finala vəsiqə qazanıb. İdmançı 100 metr məsafəyə "butterfly" üsulla üzmədə ilkin mərhələdə 13 iştirakçı arasında ikinci olub.
Fərid Mehdiyev