Parataekvondoda isə 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı olacaq
2021-05-21 10:12
Azərbaycanın daha 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq. 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı, 80 kq-dakı Taleh Süleymanov eyni raundda RTA komandasından əslən əfqan olan, Qadın taekvondoçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli rəqibləri ilə qarşılaşacaqlar. Parataekvondoda isə 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı olacaq.
Vüsalə camal