Paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib

2019-11-08 16:05

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb. İdmançımız uzunluğa tullanmaq üzrə üçüncü yerə çıxaraq Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib.

Fərid Mehdiyev