Paracüdoçularımız Qran-pridə daha 2 medal qazanıb
Azərbaycanın daha bir paracüdoçusu Tokioda keçirilən Qran-pridə medal qazanıb. Dürsədəf Kərimova 70 kq üstəgəldə yarışın üçüncüsü olub. Bu gün digər paracüdoçular İlham Zəkiyev 90 kq üstəgəldə və Xanım Hüseynova 70 kq-da gümüş mükafata yiyələniblər.
Fərid Mehdiyev