Canlı
Para-karate üzrə idmançımız finala yüksəlib

2018-11-09 / 10:02

Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb. Sahib Əhədov qrupunun qalibi olmaqla finala yüksəlib. Sabah həlledici görüşdə idmançımızın rəqibi İspaniya karateçisi olacaq. Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

Vəfa Şairova