Paraüzgüçümüz dünya çempionatını 4 medalla başa vurub
Azərbaycan paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatında bürünc medalını qazanıb. O, 100 metr məsafəyə sərbəst üsulda üzməkdə üçüncü olub. Raman Salei daha əvvəl qızıl, gümüş və bürünc medal da əldə edib.