Papa Fransisk Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətindən danışıb. Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan katoliklərin ruhani lideri tərəfləri sülh müqaviləsini imzalamağa çağırıb. Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Roma Papasını Azərbaycanda keçiriləcək COP29 sessiyasında iştiraka dəvət edib.
Vüsalə Cənnətova