Pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə dezinfeksiya olunur
2020-04-29 12:03
Pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə ərzaq təminatı ilə məşğul olan bütün şəxsi heyət müntəzəm olaraq yoxlamadan keçirilir və istifadə olunan mətbəx avadanlıqları, şəxsi heyətin qidalandığı bütün qablar xüsusi məhlullarla yuyulur, dezinfeksiya olunur. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayevin sözlərinə görə, təhlükəsizliyi və təmizliyi tam təmin etmək üçün hərbi hissələrdə komandirlər nəzarət qrupları yaradıb. Bu qruplar şəxsi heyətin yeməkxanaya girişi zamanı əllərini spirt tərkibli antiseptik vasitələrlə dezinfeksiya etməsinə, eləcə də digər proseslərə ciddi nəzarət edir.
Vəfa Şairova