Pakistanda baş verən zəlzələdə xəsarət alanların sayı 300-ü ötüb
2021-10-07 10:07
Pakistanın cənubundakı Bəlucistan əyalətində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində ən az 20 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. Məlumata görə, yeralti təkanlar nəticəsində Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib. Aralarında qadın, eləcə də uşaqların olduğu bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.
Fərid Mehdiyev