Pakistanın Pişəvər əyalətində mədrəsədə partlayış törədilib
2020-10-27 18:07
Pakistanın Pişəvər əyalətində mədrəsədə partlayış törədilib, nəticəsində ən azı 8 nəfər ölüb, 125-dən çox adam yaralanıb. Polis partlayış zamanı mədrəsədə təxminən 40-50 uşağın olduğunu açıqlayıb. Bildirilib ki, mədrəsədə təxminən 1 100 nəfər təhsil alır. Və hadisə baş verərkən mədrəsədə 22-28 yaş arasındakı şəxslər olub. Terror aktı zamanı 5 kiloqram partlayıcı maddədən istifadə olunub.
Nərgiz Camal