Padel tennis üzrə millimiz Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək
Padel tennis üzrə Azərbaycan millisi Norveçdə təşkil ediləcək Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək. Ölkəmizi yarışda 7 idmançı təmsil edəcək. Avropa çempionatının təsnifat mərhələsi iyunun 7-dən 9-dək keçiriləcək. İtaliyada baş tutacaq əsas mərhələ isə iyulun 22-dən 27-dək reallaşacaq.
Vüsalə Cənnətova