Paşinyandan müxalifətə irad: "Sanasar yox, Qubadlı"
2021-03-03 10:00
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalif partiya üzvlərinə səslənərək Qubadlı rayonunun adının Sanasar olduğunu deməmələrini tələb edib. “Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, - Paşinyan bildirib.
Vüsalə camal