Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.O, xalqa müraciətində yeni Konstitusiyanın qəbulu ilə sülh sazişinin imzalanıb ratifikasiya olunacağını və iki ölkə arasında institusional sülhün təmin ediləcəyini bildirib.Paşinyan həmçinin bəyan edib ki, referendumda yeni Konstitusiya qəbul edilməsə, istefa verəcək. Konstitusiya dəstəklənərsə, növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcək. Qeyd edək ki, dərc olunan yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları əks olunmuşdu.
23 noyabr 2026

