Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı iclas keçirib. Görüşdə layihənin hüquqi və müqavilə çərçivəsi müzakirə olunub.Ermənistan Konstitusiya Məhkəməsi bir gün əvvəl ABŞ-la TRIPP üzrə çərçivə sazişinin Konstitusiyaya uyğun olduğunu açıqlayıb. Saziş təsdiq üçün parlamentə göndəriləcək.TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçən 42 kilometrlik yol vasitəsilə Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirməyi, həmçinin avtomobil, dəmir yolu və neft-qaz infrastrukturunun yaradılmasını nəzərdə tutur.
18 sentyabr 2026

