Paşinyan geri çəkildiklərini etiraf etdi: İtkiləri böyükdür
2020-10-14 16:09
Ermənistan baş naziri Nikol Paşinyan ermənilərə müraciətində itkilərinin sayının böyük olduğunu bildirib. Etiraf edib ki, Ermənistan silahlı qüvvələri şimal və cənub istiqamətində geri çəkilməli olub. Özünü Qondarma respublikanın dırnaqarası “prezidenti” kimi təqdim edən Araik Arutyunyan da Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf edib. O, xaricdə yaşayan erməni diasporu nümayəndələrini Qarabağda döyüşlərə qoşulmağa çağırıb.
Nərgiz Camal