Paşinyan: Ermənistan Azərbaycanla kommunikasiya və ticarət layihələrinin icrası üçün işləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə bildirib ki, ölkəsi kommunikasiya və ticarət sahəsində Azərbaycan və Türkiyə ilə regional layihələrin həyata keçirilməsi üzərində işləyir. Bu layihələr Xəzər hövzəsinin Fars körfəzi ilə birləşdirilməsi üçün əlavə imkan yaradacaq və region ölkələrinə fayda verəcək.Baş nazir Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu da deyib. "Ermənistan belə bir qənaətə gəlib ki, digər ölkələrlə münaqişə vəziyyətində olan heç bir dövlət suveren və müstəqil ola bilməz"-deyə Paşinyan qeyd edib.
01 sentyabr 2026

