Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır. Xarici İşlər Nazirliyi
2020-10-05 13:06
Ermənistan Baş naziri 3 oktyabrda erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin xalqa müraciətinə dair şərhində deyilir. Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir.
Nərgiz Camal