Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanla sülh prosesinə dair bədbin əhval-ruhiyyəni qidalandıran konfrontasiyalı ritorikadan istifadə edildiyini bildirib.Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı belə bəyanatların bəzən rəsmi səviyyədə də səsləndirildiyini deyib.O, həmçinin kommunikasiyaların blokdan çıxarılmasının, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsini əhatə etməli olduğunu vurğulayıb.Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin açılmasını gözlədiyini bildirib.Ermənistan-Rusiya münasibətlərinə toxunan baş nazir əlaqələrin transformasiya mərhələsində olduğunu qeyd edib. Paşinyan "İndi,Azərbaycanla sülh bərqərar etdiyimiz bir vaxtda Ermənistan-Rusiya münasibətləri təbii olaraq dəyişəcək",- deyib.
25 sentyabr 2026

