Paşinyan: Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib ki, Almatı Bəyannaməsi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb.2024-cü ildə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb və ratifikasiya edilib. Sənədə əsasən, sərhədlərin delimitasiyası prosesində 1991-ci il Almatı Bəyannaməsi əsas prinsip kimi qəbul olunub.
08 oktyabr 2026

