İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək bildirib ki, “Avropa Siyasi Birliyi” (ASB) formatı Azərbaycan və Ermənistan arasında sülhün formalaşmasında mühüm rol oynayıb və regionda sabitliyin təmin olunması üçün son dərəcə vacib platformadır.Paşinyanın sözlərinə görə, 2022-ci ildə Praqada keçirilən ilk ASB sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə qəbul edilən qərarlar tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasına şərait yaradıb. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sülh sammiti də mühüm mərhələ olub. Paşinyan regionda yeni kommunikasiya imkanlarını nəzərdə tutan TRIPP layihəsindən danışaraq bildirib ki, bu təşəbbüs qlobal təchizat zəncirlərinin sabitliyinə töhfə verəcək.Hazırda Azərbaycanla sülhün möhkəmləndirilməsi üzərində iş aparılır və son dövrlər tərəflər arasında toqquşmaların olmaması müsbət irəliləyişdir.Çıxışında Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak üçün Azərbaycana səfər etməyə ümid etdiyini də qeyd edib.
04 may 2026

