Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini mühüm hadisə kimi qiymətləndirib.O bildirib ki, iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesi çərçivəsində tarixi addımdır və bu mərhələyə çatmaqdan məmnunluq duyur.Paşinyan həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir. Xatırladaq ki, aprelin 29-da Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdə olub.
30 aprel 2026

