Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd edib
Oğuzda 1966-cı il təvəllüdlü Sevinc Rəhimovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı 1962-ci il təvəllüdlü Nazim Rəhimovun balta ilə həyat yoldaşı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə ibtidai istintaq davam etdirilir.
Nərgiz Camalzadə