Oğuzda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb
Qaraməryəm - İsmayıllı - Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qəza baş verib. “Opel Astra” və “Volkswagen Passat” markalı avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.