Oğuz və Qəbələdə yolların buz bağlaması hərəkəti çətinləşdirib
Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb. Nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.
Qəbələdə də yolların buz bağlaması maşınların yolda qalmasına səbəb olub. Hazırda Qəbələ-Şəki avtomobil yolu və bu istiqamətdə kəndlərdən gələn avtomobillərin hərəkətində problemlər var.
Fərid Mehdiyev