Oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb
Lənkəranın Boladi kəndindəki evlərdən birinin yanması və içəridən "İJ" markalı ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyevin silahı götürüb, ardından tikilini yandırdığı müəyyən edilib. Silah, saxlanılan şəxsdən maddi sübut kimi götürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova