Oğul atasını döyərək öldürüb
Sabirabad sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun evdə aralarında yaranmış mübahisə zamanı atasının baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun ölməsinə şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Xəyyam Səmədov saxlanılıb.
Vüsalə Cənnətova