Ova cəhd edən şəxs saxlanılıb
2020-01-28 18:09
Şahdağ milli parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb. Araşdırma zamanı brakonyerin İsmayıllı sakini Habil Abasov olduğu məlum olub. Onun barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Nərgiz camal